2018-ci ilin büdcə
xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və
müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq
məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz
olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da
2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.
XəzərXəbər xəbər evrir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub ki,
bu sosial xərclərlə yanaşı, əhaliyə bilavasitə yardım göstərən bir sıra
dövlət müəssisələrinə və tədbirlərə dövlət büdcəsindən maliyyə yardımı
edilir.
Başqa sözlə, əhalinin mənzilə olan tələbatın ödənilməsi,
vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial
ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və
digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda
olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul
kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat,
kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi
qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə
alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, "Bakı
Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat
ayrılacaq.
Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən
sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək
ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin
isə 71,1 faizinə bərabər olacaq.