Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib.
XəzərXəbər xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirə olunub.
Məcəllənin hazırda qüvvədə olan 53-cü - Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq
icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər)
maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması)
üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket,
2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti,
3.
doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin
notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına
çatmamış şəxslər üçün),
4. ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış,
5. nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti,
6.
tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında
nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış,
7.
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə
üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd
(yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları
vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla),
8.
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu
təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş
surətləri,
9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti,
10.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas
olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat
qaydasında təsdiq olunmuş surəti,
11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil,
12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı,
13.
qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun
dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd),
14.
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində
yaşayış sahəsinin olduğu hallar istisna olmaqla),
15. əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini
təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin
mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla),
16. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Təklif
edilən dəyişiklik layihəsinə əsasən, bundan sonra ailə tərkibi haqqında
(ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya
olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat
qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin
notariat qaydasında təsdiq olunmuş surətləri tələb olunmayacaq.
Bundan
başqa, iş icazəsinin verilməsi üçün Azərbaycan Respublikasının
ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin
Azərbaycan ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti
tələb edilməyəcək.
Layihədə göstərilib ki, həmin sənədlərin
olmaması üçün icazənin alınmasının (müddətin uzadılmasının) heç bir
əhəmiyyəti yoxdur. Təklif olunan dəyişikliklər bürokratik əngəllərin
qarşısını alacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.