Milli Məclis "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Konstitusiya qanununun layihəsini təsdiq edib.
XəzərXəbər xəbər verir ki, məsələ haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bəzi təkiliflər irəli sürüb. Sonda məsələ səsə qoyularaq qəbul edilib.