Xəzər Xəbər

Azərbaycan hərbi xərclərini artırdı

Gündəm | 11:08 • 20 Oktyabr 2017
Azərbaycan hərbi xərclərini artırdı

Azərbaycanda 2018-ci ilin dövlət büdcəsindən müdafiə sahəsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

XəzərXəbər xəbər verir ki, bu barədə gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.

Belə ki, 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulub. Bu məbləğin 1.366 milyard manatı müdafiə qüvvələri, 111.658 milyon manatı milli təhlükəsizlik, 2.663 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1.258 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək.

Dövlət büdcəsindən, həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.329 milyard manatın ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024