"Çalışacağıq ki, bizə göstərilən etimadı gələcəkdə də doğruldaq"
Bunu yeni energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
"Qarşımızda
konkret hədəflər var. Azərbaycanda uzun illərdir ki, islahatlar
aparılır. Bu islahatların nəticələri çox mötəbər təşkilatların
hesabatlarda öz əksini tapır. Energetika sahəsində də bir çox çağırışlar
var. Bu çağırışlara cavab vermək üçün hər zaman dəyişikliyə ehtiyac
var. Əgər bu yolda dəyişiliyə, islahata ehtiyac olsa, biz buna
gedəcəyik"- nazir deyib.