Xəzər Xəbər

İspan nəşri “Qarabağ”ı erməni klubu kimi təqdim edib

Gündəm | 09:59 • 20 Oktyabr 2017
İspan nəşri “Qarabağ”ı erməni klubu kimi təqdim edib

İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" kobud səhv buraxıb.

XəzərXəbər Virtualaz.org-a istinadən bildirir ki, ispan KİV-i "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbidir) dünən gecə erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə nəşr yazıb.

Xatırladaq ki, "Qarabağ"-"Atletiko” matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.

Xəbər lenti