Xəzər Xəbər

“Bakı və İrəvan bir neçə dəfə razılığa gəlib” ABŞ-da Qarabağ danışıqları

Gündəm | 09:41 • 20 Oktyabr 2017
“Bakı və İrəvan bir neçə dəfə razılığa gəlib”

"Müharibə ehtimalını ən aşağı həddə endirmək üçün tərəflərin əldə edilmiş razılıqları həyata keçirməsi zəruridir”

1999-2001-ci illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Kerri Kavano ABŞ Senatının "Rassel” binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə deyib.

Sabiq həmsədr bildirib ki, təmas xəttində beynəlxalq müşahidəçilərin sayını artırmaq və onlara atəşkəs rejiminin pozulması hallarının araşdırılması səlahiyyətini vermək lazımdır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Rusiya birlikdə Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasına dair məlumat mübadiləsi apara bilər.

Brifinqdə çıxış edən Minsk qrupunun digər keçmiş həmsədri Ceyms Uorlik isə qeyd edib ki, kütləvi informasiya vasitələrinin məlumatlarına baxmayaraq, realda tərəflərin mövqeləri bir-birinə yaxındır.

"Tərəflər bir neçə dəfə razılığa gəliblər. Bu, sonuncu dəfə 2011-ci ildə olub”.

Xəbər lenti

Çox oxunanlar