2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq.
XəzərXəbər xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə bildirib.
Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.
E-imzanın
şəxsiyyət vəsiqələrinə inteqrə olunacağını nəzərə alaraq vətəndaşlar bu
imzaları ödənişsiz şəkildə əldə edə bilər: "Yeni vəsiqələrdə elektron
imza sertifikatının etibarlılıq müddəti 5 il təşkil edəcək. Bu müddət
başa çatdıqdan sonra yalnız sertifikatın müddətini uzatmaq lazım olacaq.
E-imzanın şəxsiyyət vəsiqəsinə inteqrə olunması üçün rüsum
alınmayacaq".