"Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağış kəsəcək, temperatur yüksələcək”.
Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur: "Bəzi yerlərdə yağış leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə isə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”.
G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək”.