Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Respublikasının Prezidenti Orasio Kartesə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə bildiriblər ki, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.
Prezident O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə diplomat Prezident
O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Söhbət zamanı
Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf
perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident O.Kartes səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.