XəzərXəbər xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.
Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, eləcə də çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah arzulayıram”.