Ukrayna xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfəri başlayıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Ukraynalı nazir sabah rəsmi görüşlər keçiriəcək.
Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri və prezidentlər səviyyəsində tədbirə hazırlıq məsələləri müzakirə olunacaq.
Pavel Klimkinin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.