"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilib.
Milli Məclis qanunun 1.6.1.4-cü maddələrində "təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata” sözləri "əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.
20.5-ci maddəyə "əlavə qeydiyyatın” sözləri "əlavə dövlət qeydiyyatının” sözləri ilə əvəz olunub.
***
Milli Məclis "Polis haqqında” Qanununa dəyişiklik edib.
Polis haqqında qanunun dəyişdirilməsi "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırmaq məqsədi daşıyıb.
Dəyişikliklərə əsasən, "Polis haqqında” Qanununun 28-ci maddəsinin IV hissəsindən, 33-cü maddəsinin I hissəsinin 3-cü bəndindən və 34-cü maddəsinin I hissəsinin 9-cu bəndindən "ləyaqətsiz” sözü çıxarılıb.
***
Milli Məclis "Dövlət sərhədi haqqında” Qanununa dəyişiklik edib.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun 12-ci maddəsinin üçüncü hissəsinə "və digər” sözlərindən sonra "kütləvi qırğın silahlarının” sözləri əlavə edilib.
***
Milli Məclis "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişikliklər edib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, qanuna edilən dəyişiklik daha çox qeydiyyat məsələləri ilə bağlıdır.
"Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda aşağıdakı dəyişikliklər olunub.
Qanunun 4.2-ci maddəsinə "hərbi vəzifəlilərin” sözlərindən sonra "bu qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla” sözləri əlavə edilir.
Bundan başqa, qanuna 4.4-cü maddəyə "Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilən hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır” məzmunda əlavə edilib.
Eləcədə qanunun 28.6-cı maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilib və həmin maddəyə "Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir” məzmunda ikinci cümlə əlavə olunub.