Son günlər havaların kəskin soyuması dövlət qurumlarının qışa hazırlıq məsələsini gündəmə gətirib.
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bununla bağlı bildirib ki, qarşıdakı günlərdə paytaxt və bölgələrdə elektriklə bağlı hər hansı problem yaşanmayacaq.
"Biz qışa hazırlıq sözünü artıq unudmuşuq. Hər an işlər görülür, köhnə
kabellər yeniləri ilə əvəz edilir. Hansı fəsil olmasından asılı
olmayaraq, bizim missiyamız istehlakçıkarı 24 saat fasiləliz elektrik
enerjisi ilə təhciz etməkdir. Qışın sərt keçməsinə baxmayaraq,
elektriklə bağlı hər hansı problem olmayacaq”.
"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, Bakı şəhərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlər davam edir.
"Payız-qış mövsümündə əsasən yağış-kanalizasiya ilə bağlı problem yaşana
bilir. Hazırlıqlarımız davam edir. Kanalizasiya xətlərinin və
quyularının, yağış barmaqlıqlarının təmizlənməsi işləri mütəmadi olaraq
davam edir, payız aylarında bu işlər daha intensiv həyata keçirilir.
Həmçinin subasma ehtimalı olan 13 ünvanda işlər həyata keçirilir və
artıq bunların səkkizində işlər bitib. 5 ünvanda - Ziya Bünyadov
prospekti, yəni Dərnəgül yolu, Sabunçu, Xətai və Yasamal rayonları
ərazisində işlər davam etdirilir. İşlər bir ay ərzində yekunlaşacaq. Bu
da öz növbəsində həmin ərazilərdə yağış və qurunt sularının qarşısını
almağa imkan verəcək. Bir sözlə, deyə bilərik ki, "Azərsu” ASC payız-qış
mövsümünə hazırdır və qarşıdakı aylarda əməkdaşlarımız daha səylə
çalışacaqlar”.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
vurğulayıb ki, hazırda payız-qış mövsümü ilə əlaqədar hazırlıqlar
görülür. "Hazırlıqlara oktyabr ayından start verilir və qış mövsümü üçün
artıq duz-qum ehtiyatının toplanmasına başlanılır. Payız mövsümündə isə
yağışların çox yağması müəyyən çətinliklər yaradır. Yollarda, yol
qurğularında olan problemlərin aradan qaldırılması, təmir işləri və s.
kompleks şəklində tədbirlər planına salınır və həyata keçirilir ki, hər
hansı problem yaşanmasın. Tam olaraq 100 faizli təbii hadisədən
sığortalanmaq mümkün deyil. Ən azından o hadisənin səbəblərinin minuma
endirilməsindən danışırıq. Heç kim təbiət hadisəsindən sığortalanmayıb.
Hər ehtimala qarşı işlərimizi görürük ki, təbiət hadisələrinin
fəsadlarını minuma endirək”.
"Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin
sözlərinə görə, 2017/208-ci il payız-qış mövsümündə istehlakçıların
dayanıqlı qaz təhcizatənın təmin edilməsi, təbii qazdan təhlükəsiz
istifadə olunması və qaz təhcizatının fasiləsiz fəaliyyətini təmin etmək
məqsədilə Tədbirlə Proqramı işlənib hazırlanıb.
"Bu plana uyğun olaraq cari ilin 8 ayı ərzində qaz xətləri təmir edilib,
yeni qaz xətləri çəkilib. Payız-qız mövsümünə hazırlıq may ayından
başlanılıb, hazırda davam etdirilir. Təmir olunmuş qaz xətləri dayaqlar
üzərinə qaldırılır. Təlabat artıqca təbii qazın verilişində də artım
olur. Sentyabrın 29-da təbii qazın təhcizatında 570 min kubmetr
sərfiyyatda artım müşahidə edilib. Bu da ötən günlərlə müqayisədə təbii
qaza təlabatın artması ilə əlaqədardır. "Azəriqaz”
İstehsal Birliyinin təmir-tikinti idarəsinin işçi heyəti
lazimiavadanlıq, maşın, müexanizmlə tam təhciz olunub. Qaz təhicatında
hər hansı problem, qəza yaşanarsa anında bərpa ediləcək. Kənd və
qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər həyata
keçirilir. O cümlədən hündürmətəbəli binalarda qazın açılması
istiqamətində görülən məqsədyönlü işlərin nəticəsində abonentlərimizin
sayı 2 milyon 60 mindən artıqdır. Bütün istehlakçılardan təbii qazdan
istuifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına
riayyət etmələrini xahiş edirik”./azvision.az