Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatı açıqlanıb.
XezerXeber.az-ın DİM-ə istinadən verdiyi məlumata görə, attestasiyaimtahanının I mərhələsində yazılmış inşaların nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.