Prezident İlham Əliyev Mübariz Tağıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Mübariz Hüseyn oğlu Tağıyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.