Hollandiya - Türkiyə oyununda Səlçuq İnan və Gökan Gönülün 11-liyə salınmaması ilə başlayan mübahisələr Estoniya qarşılaşmasında daha da alovlanıb.
Əmrə Belözoğlu vurduğu qoldan sonra bütün futbolçuları baş məşqçi Abdullah Avcının yanına çağırıb. Oyuna buraxılmadıqları üçün baş məşqçiyə etirazlarını göstərərək ehtiyat oyunçular skamyasından tərpənməyən Hamit, Nuri və Səlçuqu görən əmrə qışqıraraq onların üstünə yüyürüb. Oyunçuları zorla yerlərindən qaldırmağa çalışsa da, Hamit Altıntop onu bu cəhdinə heç heç fikir də verməyib.
Onların etinasız davranışlarından bərk hiddətlənən Əmrə çılğına dönüb. Bu hərəkətlərinə görə həmin futbolçuları tənqid edən əmrə Hamitin Rıdvan Dilmən və Sərgən Yalçının onun üçün dediyi dəyərli sözlərə layiq olmadığını söyləyib.