Xəzər Xəbər

"Əsəd yaxşı insandır. Onun tək problemi qərar qəbul etmək qabiliyyətinin olmamasıdır”

Gündəm | 19:54 • 14 Sentyabr 2012
"Əsəd yaxşı insandır. Onun tək problemi qərar qəbul etmək qabiliyyətinin olmamasıdır”

“Bəşər hər zaman nəzakətli uşaq olub. Onu heç kimi incitmədiyinə görə "ağıllı uşaq" deyə çağırırdıq. Əsəd yaxşı insandır. Onun tək problemi qərar qəbul etmək qabiliyyətinin olmamasıdır”.

Bu sözləri Fransanın "Paris Match" jurnalına müsahibə verən Bəşər Əsədin əmisi Rüfət əl Əsəd deyib.

"Jurnalistin Bəşər Əsədi necə təqdim edərsiniz" sualına cavab verən Rüfət əl Əsəd bildirib ki, mən Bəşər Əsədin ölkəni demokratik şəkildə idarə edəcəyinə əmin deyildim: "Hətta öz fikirlərimi qardaşım Hafizə çatdırdım ki, Əsəd ölkəni 20 il idarə edə bilər, amma bu işin sonu fəlakət olacaq. Əsədin problemi hadisələri planlaşdıra bilməməkdir. Əksinə bütün hadisələri öz axarına buraxır".

 Teleqraf.com

Xəbər lenti