Xəzər Xəbər

Qırğızıstan Rusiyaya nota verib

Dünya | 16:00 • 14 Aprel 2025
Qırğızıstan Rusiyaya nota verib

Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva hamam kompleksinə basqınla bağlı Rusiya səfirinə nota verib.

Xezerxeber.az xəbər verir ki, Rusiyanın səfiri Sergey Vakunov aprelin 11-də Moskvada “Bodrost” hamam kompleksində ölkə vətəndaşlarına qarşı keçirilən reydlə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev Vakunova nota verib və ondan “Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək” vəziyyətin təkrarlanmaması üçün tədbirlər görməyi xahiş edib.

Qırğızıstan mətbuatının verdiyi məlumata görə, aprelin 11-də polis 60-a yaxın Qırğızıstan vətəndaşının yerləşdiyi Moskva hamam kompleksində reyd keçirib. Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri onları döyüb, daha sonra isə 20-dən çox adam saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar