Xəzər Xəbər

Sibiqa: Ukrayna Ordusu NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amil ola bilər

Dünya | 12:42 • 13 Aprel 2025
Sibiqa: Ukrayna Ordusu NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amil ola bilər

Hazırda Ukrayna Ordusunda 110 döyüş briqadası var və bu briqadalar real döyüş təcrübəsinə malikdir.

Xezerxeber.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiqa bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Şimali Atlantika Alyansının təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm bir amil ola bilər.

"Bu yalnız töhfə deyil, eyni zamanda, bölgədə təhlükəsizliyin praktiki dəstəyi olacaq. Həmçinin, bu, Alyans üçün iqtisadi baxımdan da faydalıdır", - nazir qeyd edib.

Xəbər lenti

Çox oxunanlar