Ukrayna böhranının həlli normal gedir.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
"Nə olacağını görəcəyik, amma düşünürəm ki, hər şey yaxşı gedir. Hesab edirəm ki, Ukrayna ilə Rusiya arasında hər şey qaydasında olmalıdır və siz bunu tezliklə biləcəksiniz", - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti daha sonra əlavə edib: “Elə bir məqam gəlir ki, ya dözməlisən, ya da susmalısan”.