Xəzər Xəbər

Ankarada kömür şaxtasında qəza: 13 nəfər yaralanıb

Dünya | 10:25 • 10 Aprel 2025
Ankarada kömür şaxtasında qəza: 13 nəfər yaralanıb

Ankara vilayətindəki kömür şaxtalarından süxur qatlarının çökməsi nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

Xezerxeber.az xəbər verir ki, qəza aprelin 10-na keçən gecə Hırkatepe rayonunda baş verib.

Ankara valisi Vasip Şahin bildirib ki, yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun sözlərinə görə, qəza zamanı şaxtada 29 nəfər olub.

Vali əlavə edib: “Yaralanan 11 şaxtaçı Beypazarı rayonunun dövlət xəstəxanasına çatdırılıb, 2 nəfərin müalicəsi isə Ankara xəstəxanasında aparılır”.

Qəzanın nəticələri ilə bağlı təhqiqat başladılıb.

Xəbər lenti

Yardımlıda zəlzələ olub
16:46 • 19 Aprel 2025