Xəzər Xəbər

Ermənistan və Fransa hərbi-sənaye ilə bağlı əməkdaşlığı genişləndirir

Dünya | 14:25 • 5 Aprel 2025
Ermənistan və Fransa hərbi-sənaye ilə bağlı əməkdaşlığı genişləndirir

Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan Paris səfəri çərçivəsində Fransanın Silahlanma İdarəsinin (DGA) baş direktoru Emmanuel Şiva ilə iki ölkə arasında hərbi-sənaye əməkdaşlığının inkişafı məsələlərini müzakirə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüşdə tərəflər texnologiya mübadiləsi proqramlarının başladılması imkanını müzakirə ediblər.

Bundan əlavə, Ermənistanda müdafiə texnologiyalarının inkişafı ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub.

Xəbər lenti