Xəzər Xəbər

Ukraynanın Krivoy Roq şəhəri ballistik raketlə vurulub, 19 nəfər həlak olub YENİLƏNİB

Dünya | 14:10 • 5 Aprel 2025
Ukraynanın Krivoy Roq şəhəri ballistik raketlə vurulub, 19 nəfər həlak olub

Aprelin 4-də Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, onlardan 9 nəfəri uşaqdır.

Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak açıqlayıb.

Vilayətin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilyul isə Rusiyanın daha çox yaşayış məntəqələrini hədəfə aldığını deyib.

Ümumilikdə hücum nəticəsində 68 nəfər zərər çəkib. Aralarında iki uşaq olmaqla, 40 nəfərin xəstəxana şəraitində müalicəsi davam etdirilir.

A.Vilkul əlavə edib ki, hücum zamanı 34 çoxmənzilli bina, 6 təhsil müəssisəsi, eləcə də bir sıra mağaza, biznes və infrastruktur obyekti, eləcə də avtomobilə ciddi ziyan dəyib. Şura rəhbəri dağıntılarla bağlı son rəqəmin dəqiqləşdirildiyini açıqlayıb.

08:20

Rusiya Ukraynanın Krivoy Roq şəhərini ballistik raketlərlə vurub.

Xezerxeber.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla məlumat verir ki, raket yaşayış massivinə düşüb, 14 mülki şəxs həlak olub, onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb.

Hazırda yardım qərargahı yaradılıb. Güclü partlayış dalğası ən azı beş evə ziyan vurub, pəncərələrin sındığı, avtomobil və qarajların yandığı bildirilir. Rəqmlərin dəyişəcəyi istisna edilmir.

Krivoy Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev AZƏRTAC-a bildirib ki, ilkin məlumata görə, həlak olan və xəsarət alanlar arasında soydaşlarımız yoxdur.

Bu, son günlər Krivoy Roqa ikinci raket hücumdur.

Xəbər lenti