Xəzər Xəbər

Tramp Maskın ABŞ hökumətində nə qədər işləyəcəyini açıqlayıb

Dünya | 09:07 • 4 Aprel 2025
Tramp Maskın ABŞ hökumətində nə qədər işləyəcəyini açıqlayıb

“ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask ən azı bir neçə ay daha Vaşinqton administrasiyası üçün çalışacaq”.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. 

"İlon müəyyən müddət qalacaq. Sonra o, daimi olaraq öz işinə qayıtmaq istəyəcək. Lakin o, böyük iş görüb. Düşünürəm ki, bu, bir neçə ay davam edəcək.”, - Tramp deyib.

Tramp bildirib ki, o, Mask və rəhbərlik etdiyi qurumun fəaliyyətini yüksək qiymətləndirir.

Xəbər lenti