Hindistanın Qucarat ştatında yerləşən pirotexnik vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Xezerxeber.az xəbər verir ki, partlayış səbəbindən anbarın bir hissəsi çöküb, bir neçə nəfər dağıntılar altında qalıb.
Polis hadisəylə bağlı araşdırmaları davam etdirir. İlkin məlumata görə, partlayış fişəng istehsalı zamanı baş verib.