Xəzər Xəbər

Tramp İranı və Rusiyanı hədələdi

Dünya | 18:31 • 30 Mart 2025
Tramp İranı və Rusiyanı hədələdi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Donald Tramp “NBC News”a bildirib. 

Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib: “Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq”, – Tramp bəyan edib.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.

O, Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.

“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib: “Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.

Xəbər lenti