Xəzər Xəbər

ABŞ dərman preparatlarına da gömrük rüsumu tətbiq edəcək

Dünya | 09:20 • 29 Mart 2025
ABŞ dərman preparatlarına da gömrük rüsumu tətbiq edəcək

“Vaşinqton tezliklə dərman preparatları üçün gömrük rüsumlarının tətbiqini elan edəcək.”

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib. 

"Biz bunu tezliklə elan edəcəyik" deyən Tramp dərman və əczaçılıq məhsullarının istehsalını ABŞ-yə qaytarmaq niyyətində olduğunu deyib.

"Bu, əczaçılıq şirkətlərinin, dərman istehsalçılarının istehsalı ölkəmizə köçürməsi üçün kifayət edəcək. Mən artıq COVID-19 zamanı olduğu kimi bu məsələdə başqa ölkələrə güvənmək istəmirəm", - deyə o, bildirib.

Xəbər lenti