Myanmanın paytaxı Naypyida şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 144 nəfər ölüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Myanmanın səlahiyyətli qurumları açıqlama yayıb. Təbii fəlakət nəticəsində 732 nəfər xəsarət alıb, itkin düşənlər var.
Yeraltı təkan paytaxtda və Mandalay bölgəsində çox sayda yaşayış binasını, məktəbləri, inzibati binaları dağıdıb. Dağıntılar altında məktəblilərin də qaldığı güman olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Zəlzələ qonşu Tailandda da dağıntı və tələfata səbəb olub. Paytaxt Banqkokda hündür mərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb, 117 nəfər itkin düşüb.
Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 12:10-da Myanmada 7,7 bal gücündə zəlzələ olub.