Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Krasnoe Pervoye yaşayış məntəqəsini ələ keçirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik həftə ərzində Ukrayna tərəfinin itkiləri ilə bağlı məlumatı da açıqlayıb.
Bildirilib ki, həftə ərzində Ukrayna hərbçilərinin itkiləri 10 780 nəfər təşkil edib.
Qeyd olunub ki, son 7 gündə Rusiya hərbçiləri 5 yaşayış məntəqəsini nəzarətə götürüb, Ukraynaya məxsus iki "MiQ-29" və 1160 PUA vurulub.