Xəzər Xəbər

Banqkokda zəlzələ nəticəsində bina uçub, dağıntılar altında ən azı 43 nəfər qalıb

Dünya | 12:44 • 28 Mart 2025
Banqkokda zəlzələ nəticəsində bina uçub, dağıntılar altında ən azı 43 nəfər qalıb

Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə TASS xəbər verib.

Bundan başqa, şəhərdə çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib. 

AFP-nin məlumatına görə, Tailand hakimiyyəti güclü zəlzələdən sonra Banqkokda fövqəladə vəziyyət rejimi elan edib.

Bildirilib ki, yeraltı və yerüstü metro fəaliyyətini dayandırıb.

Xəbər lenti