Xəzər Xəbər

İran Trampın məktubuna cavab verib

Dünya | 09:22 • 28 Mart 2025
İran Trampın məktubuna cavab verib

İran Omanın vasitəçilik xidmətlərindən istifadə edərək, ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneiyə ünvanladığı məktubuna rəsmi cavab verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə IRNA agentliyinə müsahibəsində Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

"Martın 26-sı Omanın vasitəçiliyi ilə Trampın məktubuna müvafiq formada rəsmi cavab göndərilib", - deyə o bildirib.

Xəbər lenti