Xəzər Xəbər

Hoteldə ölənlərdən biri dünya çempionudur

Dünya | 14:29 • 27 Mart 2025
Hoteldə ölənlərdən biri dünya çempionudur

Bursanın Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmançısı, xizək alpinizmi üzrə dünya çempionu Berkin Ustadır.

Xezerxeber.az xəbər verir ki, bu gün səhər saatlarında baş verən yanğın zamanı hoteldə 12 nəfər olub.

Doqquz nəfər xəsarət almadan binadan çıxıb. Digər üç nəfər xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Yanğın zamanı Berkin Usta ilə birlikdə onun valideynləri də həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.

Xəbər lenti