Xəzər Xəbər

NATO-nun Baş katibi Litvada itkin düşən amerikalı hərbçilərin taleyindən danışıb

Dünya | 09:36 • 27 Mart 2025
NATO-nun Baş katibi Litvada itkin düşən amerikalı hərbçilərin taleyindən danışıb

NATO-nun Baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin həlak olduğunu bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

O vurğulayıb ki, hadisə ilə bağlı təfərrüatlar bilinmir. Rutte əlavə edib ki, baş verənlər dəhşətli xəbərdir. Agentlik Pentaqona istinadən qeyd edir ki, planlaşdırılmış təlimlər zamanı qəza baş verib. Bundan əvvəl ABŞ-nin Avropadakı Ordu Komandanlığı Litvada amerikalı hərbçilərin daşınması üçün istifadə edilən "M88" zirehli maşınının su altında aşkar edildiyini açıqlamışdı.

Xəbər lenti