Qaqauz muxtariyyətinin Parlamenti həbsdə olan muxtariyyət lideri Yevgeniya Qutsulun azadlığa buraxılması məqsədilə Moldova hökumətinə ultimatum elan edib.
Xezerxeber.az-ın “pravda.md”yə istinadən xəbərinə görə, ultimatumda bildirilib ki, əks halda Moldova ərazisində keçirilən kütləvi etirazlara dəstək veriləcək.
Bəyanatda həmçinin, muxtariyyət ərazisində diskriminasiyaya son qoyulması da tələb olunub.
10:03
Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında 72 saatlıq saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə onun müşaviri Yuri Kuznetsov məlumat verib.
“Yevgeniya Aleksandrovna martın 25-dən 30-dək Beynəlxalq Jurnalistika Konqresinin dəvəti ilə İstanbula getməliydi. Bundan başqa, Qaqauziya rəhbəri Türkiyədə muxtariyyət üçün vacib olan məsələləri müzakirə etməyi planlaşdırırdı”, - Kuznetsov qeyd edib. Moldovanın Milli Antikorrupsiya Mərkəzi Qutsulun Kişinyov hava limanında 72 saatlıq saxlandığını, bütün təfərrüatların çərşənbə günü açıqlanacağını bildirib.