Xəzər Xəbər

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin ƏRDOĞAN

Dünya | 20:12 • 24 Mart 2025
Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə deyib.

Çıxışında müxalifətə müraciət edən Türkiyə prezidenti bildirib: "Əgər cəsarət edirsinizsə, korrupsiyanın, oğurluğun, rüşvətin hesabını verin".

"Artıq insanların əsəbləri ilə oynamayın. Təkcə şüarlarını deyil, mentalitetini də götürdüyünüz marjinal solçu təşkilatları bizim polisin üstünə çıxarmayın", - deyə R.T.Ərdoğan əlavə edib.

Xəbər lenti

Çox oxunanlar