Xəzər Xəbər

Zelenski: Rusiya Sumı, Xarkov və Zaporojye vilayətlərində yeni hücumlara hazırlaşır

Dünya | 08:44 • 19 Mart 2025
Zelenski: Rusiya Sumı, Xarkov və Zaporojye vilayətlərində yeni hücumlara hazırlaşır

Rusiya Federasiyası Sumı vilayətinin sərhədi yaxınlığında öz qoşunlarını toplamağa başlayıb. Ruslar bir neçə istiqamətdə hücuma hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.

Prezidentin sözlərinə görə, ukraynalı hərbçilər Kursk vilayətində öz missiyasını yerinə yetirməkdə davam edir və lazım olduğu qədər orada qalacaqlar. O qeyd edib ki, Ukrayna ordusunun strateji addımları Rusiya qoşunlarının irəliləməsinin qarşısını almağa yönəlib.

"Ukraynalı hərbçilər oradadır və nə qədər ki, bizə bu əməliyyat lazımdır. Biz görürük ki, Putin guya bizim ordumuzu mühasirəyə almaqdan danışır, lakin bizim uşaqlar öz mövqelərində dayanaraq bunun doğru olmadığını sübut edirlər. Bunlar bizim strateji addımlarımızdır və onun yeni əraziləri ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün hər şeyi edəcəyik", - deyə Zelenski bildirib.

Prezident, həmçinin diqqəti Ukrayna sərhədi yaxınlığında Rusiya qoşunlarının toplanmasına və Sumi, Xarkov və Zaporojye vilayətlərinə ehtimal edilən yeni hücumlara cəlb edib. Onun sözlərinə görə, Ukrayna düşmənə öz planlarını asanlıqla həyata keçirməyə imkan verməyəcək.

"Biz Kursk vilayətində qoşunların yığıldığını görürük. Onlar Sumı, Xarkov, Zaporojyeyə hücum etmək istəyirlər - biz bunu görürük. Amma biz onlara bunu asan yolla etməyə imkan verməyəcəyik", - deyə Zelenski vurğulayıb.

Xəbər lenti