Xəzər Xəbər

İran XİN: Trampın məktubunun məzmunu açıqlamaq fikrimiz yoxdur

Dünya | 12:34 • 17 Mart 2025
İran XİN: Trampın məktubunun məzmunu açıqlamaq fikrimiz yoxdur

ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə məktubuna cavab araşdırmadan sonra uyğun kanal üzrə göndəriləcək.

Xezerxeber.az yerli İSNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Trampın məktubunun mediada dərc olunmasına əsas yoxdur: “Trampın məktubunun məzmununu açıqlamaq fikrimiz yoxdur. Məktubun məzmunu Trampın kütləvi çıxışlarından fərqlənmir və orada səslənən fikirlər əsasında hazırlanıb”, - İran XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra məktuba müvafiq şəkildə cavab veriləcək.

O, İranın xarici işlər naziri Abbas Əraqçinin bu günlərdə Omana səfərinin ABŞ Prezidentinin məktubu ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb. O, bu səfərin öncədən planlaşdırıldığını da qeyd edib. Ötən gün mediada bildirilmişdi ki, nazir Omana Xaməneinin Trampa cavab məktubunu aparıb.

Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri martın 12-də Trampın məktubunu İrana çatdırıb.

Xəbər lenti