İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda kəşfiyyat apardığı və terror əməliyyatlarına cavabdeh olduğu iddia edilən "Hizbullah" qruplaşmasının iki üzvünü öldürüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə bazar günü ordunun mətbuat xidməti məlumat yayıb.
“İMQ bu gün səhər saatlarında Livanın cənubundakı Yatar və Mis əl-Cəbl ərazilərində kəşfiyyat aparan və aparıcı terror əməliyyatlarında iştirak edən iki “Hizbullah” terrorçusunu öldürüb", – məlumatda bildirilib.