Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər sülhə nail olmaq məqsədilə ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.
Xezerxeber.az-ın məlumatına görə, husilərin adı açıqlanmayan nümayəndəsi bu barədə "Al Araby" telekanalına açıqlama verib. O, bildirib ki, danışıqlar üçün Vaşinqton tərəfi danışıqlara başlamaq niyyətində olduğunu bəyan etməlidir: "Danışıqlar üçün kanallar açıq olmalıdır, biz həmişə dialoqu dəstəkləmişik."
Xatırladaq ki, ABŞ martın 15-də Yəməndə husilərə zərbələr endirməyə başlayıb.