Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, söhbət zamanı Paşinyan Pezeşkiana Azərbaycanla sülh sazişinin bağlanması ilə bağlı danışıqların başa çatmasından danışıb. Tərəflər həmçinin regional və ikitərəfli gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri rəsmi olaraq Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını elan ediblər.