Xəzər Xəbər

Şimali Makedoniyada gecə klubunda yanğın olub, azı 50 nəfər ölüb

Dünya | 12:15 • 16 Mart 2025
Şimali Makedoniyada gecə klubunda yanğın olub, azı 50 nəfər ölüb

Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

Bu barədə yerli “Veçer” nəşri ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Təsdiqlənməmiş məlumata görə, konsert keçirilən gecə klubunun sahibi saxlanılıb.

Bundan başqa, Şimali Makedoniya Daxili İşlər Nazirliyi konsert təşkilatçılarını dindirməyə çağırıb.

Hadisə zamanı klubda təxminən 1500 nəfərin iştirak etdiyi bildirilir. 

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb

Xəbər lenti