Xəzər Xəbər

Zelenski: Ağ evdə baş verənlər utancvericidir

Dünya | 08:24 • 5 Mart 2025
Zelenski: Ağ evdə baş verənlər utancvericidir

“Ukrayna davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışır”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkə səhifəsində yazıb.

“Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün tez işləməyə hazırıq”, - deyə Zelenski yazıb.

Zelenski münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib:

“Məhbusların azad edilməsi, dərhal atəşkəs - raketlərə, pilotsuz uçuş aparatlarına və mülki infrastruktura hücumlara qadağa”. Prezidentin sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ ilə güclü yekun razılaşma ilə sülhə ümid edir.

Zelenski, həmçinin Trampın prezidentliyi dövründə “Javelinlər”in Ukraynaya təhvil verilməsini xatırladaraq, ABŞ-yə verdiyi dəstəyə görə təşəkkür edib.

“Cümə günü Vaşinqtonda, Ağ evdə görüşümüz planlaşdırıldığı kimi olmadı. Bunun baş verməsi utancvericidir. Hər şeyi düzgün etmək vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizliyə dair sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, fevralın 28-də Prezident Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edib. Konfrans zamanı Ukrayna lideri, Ağ evin rəhbəri Donald Tramp və vitse-prezident De Vans arasında mübahisə baş verib.

Xəbər lenti