Xəzər Xəbər

İki mindən çox Ermənistan vətəndaşı ABŞ-dən deportasiya ediləcək

Dünya | 16:58 • 4 Mart 2025
İki mindən çox Ermənistan vətəndaşı ABŞ-dən deportasiya ediləcək

İrəvan Vaşinqtonun 2 mindən çox Ermənistan vətəndaşını ABŞ-dan deportasiya etmək niyyətindən xəbərdardır.

Xezerxeber.az xəbər verir ki, Ermənistan baş naziri yanında diaspor işləri üzrə baş komissar Zare Sinanyan bu barədə mətbuat konfransında deyib.

“Bu adamları diaspor adlandırmaq düzgün deyil. Onlar ABŞ-də qalmaq hüququ olmayan Ermənistan vətəndaşlarıdır. Burada Birləşmiş Ştatlardan deportasiya olunacaq iki min nəfərdən çox Ermənistan vətəndaşından söhbət gedir”, - deyə Zare Sinanyan bildirib.

Onun sözlərinə görə, deportasiya ediləcək vətəndaşların real sayı daha çox ola bilər və bu, sadəcə ilk mərhələdir.

Xəbər lenti