Xəzər Xəbər

Kobaxidze Ermənistanda səfərdədir

Dünya | 16:00 • 30 Yanvar 2025
Kobaxidze Ermənistanda səfərdədir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana səfər edib.

Xezerxeber.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, Kobaxidze İrəvanda erməni həmkarı Nikol Paşinyanla təkbətək görüş keçirəcək.

Baş nazirlərin rəhbərliyi ilə Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası baş tutacaq.

Xəbər lenti