Xəzər Xəbər

ABŞ-də təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox adamın meyiti çıxarılıb

Dünya | 15:51 • 30 Yanvar 2025
ABŞ-də təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox adamın meyiti çıxarılıb

ABŞ-də təyyarə ilə helikopterin toqquşması nəticəsindən baş vermiş qəzadan sonra Potomak çayından 30-dan çox meyit çıxarılıb.

Xezerxeber.az “NBC news” telekanalına istinadla xəbər verir ki, hazırda xilasetmə əməliyyatı çətin şəraitdə davam edir.

Qeyd edək ki, yanvarın 30-da “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.

Xəbər lenti