44 günlük müharibə vaxtı 18-ci atıcı diviziyasının komandiri olmuş general-mayor Karen Arustamyan axtarışa verilib.
Xezerxeber.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, ona qarşı xidməti səlahiyyətlərinin icrası zamanı səhlənkarlıq maddəsilə cinayət işi açılıb.