Xəzər Xəbər

Serbiyanın Baş naziri istefa verib

Dünya | 14:58 • 28 Yanvar 2025
Serbiyanın Baş naziri istefa verib

Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verdiyini elan edib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Serbiyanın dövlət agentliyi olan Tanjug məlumat yayıb. Bildirilib ki, o, ölkədəki tələbə etirazları səbəbindən istefa verir.

Xatırladaq ki, dünəndən etibarən Serbiyanın paytaxtı Belqradda tələbələr etiraz aksiyasına başlayıblar. Belqradın ən böyük nəqliyyat mərkəzlərindən biri olan “Autokomanda”nın qarşısına toplaşan tələbələr yolları bağlayıblar.

Xəbər lenti