Xəzər Xəbər

BMT-nin Baş katibi ABŞ-nin xarici yardımlara fasilə verməsindən narahat olduğunu bildirib

Dünya | 13:49 • 28 Yanvar 2025
BMT-nin Baş katibi ABŞ-nin xarici yardımlara fasilə verməsindən narahat olduğunu bildirib

BMT-nin rəhbəri ABŞ Prezidenti Donald Trampın xarici yardımlarda fasilə elan etməsindən narahatlığını bildirib.

Xezerxeber.az təşkilatın saytına istinadla xəbər verir ki, Baş katib Antonio Quterreş ABŞ-nin xarici yardımlarında fasilə elan etməsini narahatlıqla qarşılayıb.

Bu barədə jurnalistlərə açıqlama verən BMT-nin sözçüsü Stefane Dujarrik bu yardımların dünya miqyasında həssas əhali qruplarının dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb.

Humanitar və inkişaf proqramlarının icrasının təmin edilməsinin vacibliyini qeyd edən Dujarrik deyib: “Baş katib dünyanın ən həssas icmalarına kritik inkişaf və humanitar fəaliyyətlərin davamlı şəkildə çatdırılmasını təmin etmək üçün əlavə istisnaların nəzərdən keçirilməsinə çağırır. Nəzərə almaq lazımdır ki, onların həyatı bu yardımlardan asılıdır”.

 

Xəbər lenti

Ət ucuzlaşıb VİDEO
19:34 • 2 Fevral 2025
Ağdərədə ev yanıb
18:01 • 2 Fevral 2025