Xəzər Xəbər

ABŞ-də atışma: üç nəfər ölüb, 2 yaralı var

Dünya | 08:59 • 28 Yanvar 2025
ABŞ-də atışma: üç nəfər ölüb, 2 yaralı var

ABŞ-nin İndiana ştatının Elkhart şəhərində supermarketdə atışma olub.

Xezerxeber.az-ın məlumatına görə, şübhəli şəxsin atəş açması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Daha sonra hadisə yerinə gələn polislərlə şübhəli şəxs arasında atışma baş verib. Nəticədə 2 polis xəsarət alıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti